Tez-tez verilən suallar
Məhsullar orijinaldır?
Bəli. Bütün məhsullar rəsmi distribyutorlardan təmin olunur.
Çərçivəyə öz linzalarımı taxdıra bilərəm?
Bəli. Çərçivəni bizdən alıb istədiyiniz optikada linza taxdıra bilərsiniz. Reseptli linzanı da saytdan — “Şüşələr” bölməsindən sifariş edə bilərsiniz.
Ölçünü necə seçim?
Hər məhsulun səhifəsində ölçülər göstərilir: linza eni – körpü – saplaq uzunluğu (məs. 54–18–145 mm). Hazırda istifadə etdiyiniz eynəyin saplağının içərisində yazılmış rəqəmlərlə müqayisə edin.
Sifarişimi ləğv edə bilərəm?
Sifariş hələ göndərilməyibsə, bizimlə əlaqə saxlayaraq ləğv edə bilərsiniz. Ödəniş edilibsə məbləğ geri qaytarılır.
Onlayn kartla ödəyə bilərəmmi?
Hazırda saytda onlayn kart ödənişi yoxdur. Ödənişi bank hesabımıza köçürmə (IBAN) və ya qapıda nağd ödəniş ilə edə bilərsiniz.
B2B qiymətləri necə görə bilərəm?
Qeydiyyat zamanı “B2B müştəri” seçin. Müraciətiniz təsdiqləndikdən sonra hər məhsulda həm pərakəndə, həm də B2B qiymət görünəcək.
Cavab tapmadınız? Bizimlə əlaqə saxlayın